Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir | Təhsil Elanları
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir
Bölmə:İş Elanları 183 dəfə oxunub
03.10.2023

Şəhər Bakı
Son müraciət 22.10.2023

Görəcəyiniz işlər:

  • Tibb müəssisəsində büdcə ödənişlərinin icrasının monitorinqinin aparılması;
  • Tibb müəssisəsində həyata keçirilən maliyyə, təsərrüfat, satınalma əməliyyatlarının monitorinqinin aparılması;
  • Mal və maddi dəyərlərin qəbulu və buraxılmasının müəyyən edilmiş qaydalarına riayət olunmasına, əməkhaqqı fondunun düzgün xərclənməsinə, ştat, maliyyə və büdcə intizamına əməl edilməsinə dair monitorinqin aparılması;
  • Tibb müəssisəsinin xərclər smetasına uyğun alışların “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun təşkil edilməsinin monitorinqinin aparılması;
  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə yoxlamaların aparılması;
  • Müxtəlif dövlət orqanlarına təqdim edilən hesabatların düzgün təqdim edilməsinə nəzarət;
  • Fəaliyyət çərçivəsində intensiv ezamiyyə səfərlərinin həyata keçirilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (İqtisadiyyat, mühasibat uçotu və ya maliyyə-kredit sahəsində)
  • Maliyyə sahəsi üzrə ən azı 3 il təcrübə (dövlət tibb müəssisəsində arzuolunandır)
  • Kompüter bilikləri: Microsoft Office – sərbəst
  • Qanunvericilik üzrə biliklər: Vergi, Mülki və Əmək Məcəlləsi,
  • “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklərin olması
  • Peşəkar mühasib sertifikatının olması arzuolunandır
  • Komandada işləmə bacarığı
  • Məsuliyyətlilik
  • Dəqiqlik
  • İntizamlılıq
  • Nəticəyönümlülük

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00

Müraciət qaydası

  • CV-lər vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
  • Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Monitorinq şöbəsi-aparıcı məsləhətçi” yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.