Dövlət İmtahan Mərkəzinin Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsində məsləhətçi vəzifələri üzrə vakansiya elan edilib | Təhsil Elanları
Dövlət İmtahan Mərkəzinin Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsində məsləhətçi vəzifələri üzrə vakansiya elan edilib
Bölmə:İş Elanları 142 dəfə oxunub
03.10.2023

Müraciət etmək istəyən namizədlər aşağıda göstərilən tələblərə uyğun olmalıdırlar

Struktur vahid: Psixoloji diaqnostika və qiymətləndirmə şöbəsi, Səriştə və davranışların qiymətləndirilməsi sektoru

Vəzifənin adı: məsləhətçi

Təhsil tələbləri: psixologiya ixtisası üzrə ali təhsil

İş təcrübəsi: tələb müəyyən edilmir

Kompüter biliklərinə dair tələblər: MS Office, Google Disc, Google Docs, Google Forms, SPSS proqramı, Scopus, E-library, Web of Science və s. elektron kitabxanalar

Dil biliklərinə dair tələblər: İngilis dili – B2, Rus dili – B2

Qulluq funksiyaları:

 

  • qiymətləndirmə alətlərinin yazılması, ekspertizası, statistik təhlili;

  • qiymətləndirmə alətləri bankının yaradılması və təkmilləşdirilməsi işinin aparılmasında iştirak;

  • test bankı və digər imtahan materiallarının məxfiliyinin təmin edilməsi;

  • verilən tapşırıqlara və məqsədlərə uyğun olaraq müsahibələrin, fokus-qrupların aparılması və qiymətləndirilməsi;

  • digər struktur bölmələrinin nümayəndələri ilə əməkdaşlığın təşkili;

  • psixoloji konsultasiya, təlim, diaqnostika və seminarların aparılması;

  • qarşıya qoyulan digər işlərin, layihələrin yerinə yetirilməsi və görülmüş işlər haqqında müntəzəm olaraq hesabatların verilməsi;

  • beynəlxalq və ölkədaxili tədbirlərdə və layihələrdə iştirak;

  • rəhbərliyin təşkil etdiyi tədbirlərdə iştirak;

  • layihələrin və tədbirlərin digər struktur vahidlərinin rəhbərliyi ilə müzakirə edilməsi;

  • Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);

  • rəhbərlik, şöbə müdiri və sektor müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi.

 

Xüsusi tələblər: diqqətli yanaşma, analitik düşünmə, məsuliyyət, yaradıcılıq, öz üzərində işləmə bacarığı, çeviklik, stresədözümlülük, etibarlılıq

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər müraciət formasını mövzu bölməsində “Səriştə və davranışların qiymətləndirilməsi sektorunda məsləhətçi” qeyd olunmaqla hr@dim.gov.az elektron poçt ünvanına 20 oktyabr 2023-cü il tarixinədək göndərə bilərlər.