Aqrar Sığorta Fondunda təqaüdlü təcrübə proqramı | Təhsil Elanları
Aqrar Sığorta Fondunda təqaüdlü təcrübə proqramı
Bölmə:İş Elanları 310 dəfə oxunub
25.09.2023

Aqrar Sığorta Fondu Bakıda və bölgələrdə - Təqaüdlü Təcrübə Proqramına başlayır

Aqrar Sığorta Fondu ölkənin bütün bölgələri üzrə tələbə və məzunlar üçün təqaüdlü təcrübə proqramına start verib. Proqrama əsasən tələbələr qarşıdakı 3 ay ərzində Aqrar Sığorta Fondunda, fondun bölgələrdəki filiallarında və rayonlardakı Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) çalışacaqlar.

Proqramda universitetlər, kolleclər, peşə məktəblərinin tələbələri və məzunları, o cümlədən orta məktəb məzunları da iştirak edə bilər. Oktyabr ayından başlayacaq proqram müddətində təcrübəçilər aqrar sığorta mexanizmini dərindən öyrənəcək və ölkədə aqrar sığorta xidmətlərinin inkişafına töhfə vermək imkanı qazanacaqlar. Proqram dövründə iştirakçılara müvafiq ödənişlər ediləcək, eləcə də onlar ödənişlə yanaşı, göstərdikləri nəticələrdən və KPİ-dən asılı olaraq əlavə gəlir əldə etmək imkanı da qazanacaq. Hər bir təcrübəçiyə proqramda iştirakı ilə bağlı sertifikat təqdim olunacaq.

Proqrama qatılmaq istəyən enerjili və sığorta sahəsinə maraqlı gənclər qeyd olunmuş linkdəki anketi doldurmaqla müraciət edə bilərlər: https://forms.gle/jC743SNaWQZurboD9