Dövlət Vergi Xidməti növbəti işə qəbul müsabiqəsi elan edir | Təhsil Elanları
Dövlət Vergi Xidməti növbəti işə qəbul müsabiqəsi elan edir
Bölmə:İş Elanları 369 dəfə oxunub
21.09.2023

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) 20 sentyabr 2023-cü il tarixdən hüquq və digər ixtisas sahələri, o cümlədən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində istintaq, təhqiqat, əməliyyat-axtarış və hüquq sahələri üzrə vakant vəzifələrə işə qəbulla bağlı müsabiqə elan edir.

Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 21.09.2023-cü il saat 10:00-dan 19.10.2023-cü il saat 23:59-dək həyata keçiriləcək. Müsabiqənin test imtahanı mərhələsi 05.11.2023-cü il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlərlə və sənəd qəbulu qaydaları ilə ətraflı şəkildə aşağıdakı linkə keçid etməklə tanış olmaq mümkündür:

https://www.taxes.gov.az/az/post/2783