Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu “Layihələrin təhlili şöbəsinin mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir. | Təhsil Elanları
Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu “Layihələrin təhlili şöbəsinin mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.
Bölmə:İş Elanları 266 dəfə oxunub
18.09.2023

Layihələrin təhlili şöbəsinin mütəxəssisi

Şəhər

Bakı

Əsas öhdəliklər:

·       Kredit müraciətləri üzrə təqdim edilən sənədlərin ekspertizasını aparmaq;

·       Kredit müraciətləri üzrə maliyyə hesabatlarını oxumaq və təhlilini aparmaq;

·       Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri təhlil etmək, hazırlanmış proqnoz hesabatları yoxlamaq, zərurət olduqda əldə edilən məlumatlar əsasında proqnoz hesabatlar tərtib etmək;

·       Fondun müəyyən etdiyi qiymətləndirmə meyarlarına uyğun olaraq layihələri qiymətləndirmək;

·       Görülmüş işlərlə bağlı hesabatlar hazırlamaq;

·       Fonda daxil olan və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxmaq.

    Tələblər

 

·       Maliyyə, İqtisadiyyat və ya İdarəetmə sahəsində ali təhsil; 

·       İqtisadi və maliyyə biliklərinin olması;

·       Komandada işləmək, kommunikasiya və təqdimetmə bacarığı;

·       Operativ və düzgün qərar vermək bacarığı;

·       Təşəbbüskarlıq, diqqətlilik və məsuliyyətli olmaq;

·       MS Office (xüsusilə Excel) proqramlarından istifadə bacarığı;

·       ACCA F3 sertifikatının olması arzuolunandır.

 

Maraqlanan namizədlər öz CV-lərini 18.10.2023-cü il tarixinədək mövzu hissəsində vakansiyanın adını qeyd etməklə hr@edf.gov.az e-mail ünvanına göndərə bilərlər.