Həkimlər üçün iş imkanı | Təhsil Elanları
Həkimlər üçün iş imkanı
Bölmə:İş Elanları 235 dəfə oxunub
13.09.2023

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) aşağıdakı vəzifələr üzrə vakant yerlər elan edir.
 
İş yeri:
 
Mövcud vakant vəzifələr:
• Həkim-diyetoloq;
• Həkim-psixiatr;
• Həkim-travmatoloq-ortoped;
• Həkim-neyrocərrah;
• Şüa diaqnostikası üzrə həkim.
 
Namizəd üçün tələblər:
• Qeyd olunan hər bir ixtisas üzrə minimum 3 il iş təcrübəsi tələb olunur.
 
Əməkhaqqı:
• Əməkhaqqı TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
 
Müraciət qaydası:
• CV və aşağıda qeyd olunan sənədlərin nüsxələrini vacancy@tabib.gov.az ünvanına mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını qeyd edərək göndərə bilərsiniz.
 
Tələb olunan sənədlər:
• Şəxsiyyəti təsdiq edən sənədin surəti;
• Əsas (baza ali) tibb təhsili haqqında sənədin surəti (diplom), xaricdə təhsil almış namizədlərin ali tibbi təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
• Xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamənin surəti (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
• Sertifikasiya şəhadətnaməsinin surəti (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azadolma halları istisna olmaqla).
 
Son müraciət tarixi: 29.09.2023
 
Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.
 
Qeyd: TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com.
 
Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.