Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu “Koordinasiya və beynəlxalq əlaqələr qrupunun mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir. | Təhsil Elanları
Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu “Koordinasiya və beynəlxalq əlaqələr qrupunun mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.
Bölmə:İş Elanları 373 dəfə oxunub
13.09.2023

Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu “Koordinasiya və beynəlxalq əlaqələr qrupunun mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.

ƏSAS ÖHDƏLİKLƏR:

·        Sahibkarlığın İnkişafı Fondu ilə digər qurumlar arasında səmərəli əlaqələndirmənin və operativliyin təmin edilməsində iştirak etmək;

·        Ali və mərkəzi icra hakimiyyəti orqanlarından daxil olmuş aidiyyəti tapşırıqların icrasını təşkil etmək və icrasında iştirak etmək;

·        Beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması və təhlillərin aparılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq prosesində iştirak etmək və təkliflər vermək;

·        Beynəlxalq təşkilatlarla və xarici dövlətlərin analoji qurumları ilə əlaqələrin qurulmasında iştirak etmək;

·        Fondun fəaliyyətinin təkmilləşdirilməsinə dair təhlillər aparmaq, təkliflərin hazırlanmasında iştirak etmək və zərurət yarandıqda Fondun fəaliyyətini tənzimləyən qaydalar, prosedurlar və sənədlərin nümunəvi formalarının təkmilləşdirilməsinə dair təkliflər vermək;

·        Fonda daxil olan və icrası qrupa tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasında iştirak etmək;

·        Fondun fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək;

·        Qrupun fəaliyyət istiqamətləri üzrə digər işlərə cəlb edilmək.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

·        İqtisadiyyat, Maliyyə və İdarəetmə ixtisasları üzrə ali təhsil;

·        İxtisası üzrə iş təcrübəsinin olması arzuolunandır;

·        Güclü iqtisadi biliklərə sahib olmaq;

·        Analitik təhlil aparmaq və problem həlletmə qabiliyyəti;

·        Operativ və düzgün qərar vermək bacarığı;

·        Təşəbbüskarlıq,diqqətlilik, məsuliyyət və düzgünlük keyfiyyəti;

·        MS Office (xüsusilə Word, Excel, PowerPoint) proqramlarından yüksək səviyyədə istifadə bacarığı;

·        Yüksək səviyyədə İngilis dili biliyi; Rus dili biliyinin olması arzuolunandır;

·        Kollektivlə işləmək bacarığı və ünsiyyət qabiliyyəti.

Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “Koordinasiya və beynəlxalq əlaqələr qrupunun mütəxəssisi” qeyd etməklə hr@edf.gov.az e-poçt ünvanına göndərə bilərlər.

Son müraciət tarixi:  07.10.2023