DİM-in Təchizat və təsərrüfat şöbəsində elektrik vəzifəsi üzrə vakansiya elan edilib | Təhsil Elanları
DİM-in Təchizat və təsərrüfat şöbəsində elektrik vəzifəsi üzrə vakansiya elan edilib
Bölmə:İş Elanları 254 dəfə oxunub
08.09.2023

Struktur bölmənin adı: Təchizat və təsərrüfat şöbəsi.

Vəzifənin adı: Elektrik.

Təhsilə dair tələb: energetika mühəndisliyi ixtisası üzrə ali təhsil.

İş təcrübəsinə dair tələb: 1 il.

Qulluq funksiyaları:

-       Enerji təchizatı müəssisəsi ilə hesablaşmaların sayğac vasitəsilə düzgün aparılmasına nəzarət etmək;

-       Müəssisənin elektrik təsərrüfatının qüvvədə olan normativ hüquqi aktlarının tələblərinə uyğun təhlükəsiz istismarını təmin etmək;

-       Elektrik qurğu və avadanlıqlarının cari və əsaslı təmirini həyata keçirmək;

-       Elektrik qurğu və avadanlıqlarında qüvvədə olan normativ hüquqi aktlarının tələblərinə uyğun müddətdə sınaq işlərinin aparılmasını təmin etmək;

-       Təmir-sınaq və plan-qrafik üzrə işlərin vaxtında həyata keçirilməsi;

-       Elektrik sxemlərini oxumaq bacarığı;

-       Elektrik xətlərinin çəkilişi zamanı texnoloji ardıcıllığının qorunub saxlanılmasının təmin edilməsi;

-       Sxemlərə uyğun elektrik şəbəkələrinin montajının aparılması;

-       Elektrik materialları və aksesuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq;

-       Elektrik avadanlıqlarını, kabel və hava şəbəkələrinin təcrübədən keçməsi metodlarına bələd olmaq;

-       Elektrik işlərinin normativ qaydalara uyğun və düzgün aparılması;

-       Rəhbərlik tərəfindən tapşırılan digər işləri yerinə yetirmək.

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər öz müraciət formasını mövzu bölməsində “Elektrik” qeyd etməklə 30 sentyabr 2023-cü il tarixinədək hr@dim.gov.az elektron poçt ünvanına  göndərə bilərlər.