DİM-in Dövlət informasiya resursları departamentində məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilib | Təhsil Elanları
DİM-in Dövlət informasiya resursları departamentində məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilib
Bölmə:İş Elanları 427 dəfə oxunub
08.09.2023

Struktur bölmə: Dövlət informasiya resursları departamenti

Struktur vahidi: Ümumi təhsil pilləsində yekun attestasiya və təhsil müəssisələrində məzunların qeydiyyatı sektoru

Vəzifənin adı: məsləhətçi

Təhsilə dair tələblər: Ali

İş stajına dair tələbi: tələb müəyyən edilmir

Dil biliklərinə dair tələblər: Azərbaycan dili (C2), xarici dillərdən biri (B2)

Kompüter biliklərinə dair tələblər: kompüterdən və proqram sistemlərindən sərbəst istifadə bacarığı

Qulluq funksiyaları:

 

  • Ümumtəhsil müəssisələrində təhsilalanların yekun attestasiyasının aparılması məqsədilə “Şagird-məzun” sistemi üzrə işlərin yerinə yetirilməsi;

  • Şagirdlərin fərdi və təhsilə aid məlumatlarının təhsil müəssisələri tərəfindən “Şagird-məzun” sisteminə daxil edilməsinin təmin edilməsi;

  • “Şagird-məzun” sisteminə daxil edilmiş məlumatların yoxlanılması, tam, düzgün və vaxtında daxil edilməsinin təmin edilməsi;

  • Elm və Təhsil Nazirliyi, regional təhsil idarələri, rayon (şəhər) təhsil sektorları və ümumtəhsil müəssisələrinin əlaqələndiricilərinin “Şagird-məzun” sistemi üzrə təlimatlandırılması;

  • Musiqi təhsili almış məzunlar barədə məlumatların musiqi təhsili müəssisələri tərəfindən “Musiqi məktəbi-məzun” sisteminə daxil edilməsinin təmin edilməsi;

  • Musiqi təhsili müəssisələrinin əlaqələndiricilərinin “Musiqi məktəbi-məzun” sistemi üzrə təlimatlandırılması;

  • Vətəndaşların müraciətlərinin araşdırılması və cavablandırılması;

  • Rəhbərlik, departament müdiri və sektor müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi.

 

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər öz "Müraciət formasını" mövzu bölməsində “Ümumi təhsil pilləsində yekun attestasiya və təhsil müəssisələrində məzunların qeydiyyatı sektorunda məsləhətçi” qeyd etməklə 30 sentyabr 2023-cü il tarixinədək hr@dim.gov.az elektron poçt ünvanına  göndərə bilərlər.