Laçında ilk gənclər düşərgəsi! | Təhsil Elanları
Laçında ilk gənclər düşərgəsi!
Bölmə:Elanlar 169 dəfə oxunub
07.09.2023

Laçında ilk gənclər düşərgəsi! 

Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, Böyük Qayıdış Gənclər Təşkilatının təşkilatçılığı ilə, Qarabağ gənclərinin həmrəylik rəmzinə çevrilən “Birlik” düşərgəsi bu dəfə 11-16 sentyabr tarixlərində ölkəmizin qədim və əsrarəngiz guşəsi olan Laçın şəhərində keçiriləcək!

“Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsi – 3

“#Birlik” düşərgəsi azad Laçında!  

#Qarabağ gənclərinin həmrəylik rəmzinə çevrilən “Birlik” düşərgəsi bu dəfə 11-16 sentyabr tarixlərində ölkəmizin qədim və əsrarəngiz guşəsi olan #Laçın şəhərində keçiriləcəkdir. 

 Əgər sən də şəbəkələşmək, Qarabağda dirçəlişlə bağlı ideyalarını bölüşmək, müxtəlif təlimlər, tematik vörkşoplar, intellektual və komanda inkişafı oyunları vasitəsilə əylənərək öyrənmək və nəhayət doğma Laçında xoş xatirələrlə dolu anlar yaşamaq istəyirsənsə, elə indi müraciət et, düşərgədə iştirak şansı qazan.

 Artıq üçüncü ildir ki, təşkil olunan düşərgə bu il “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasın Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən daha rəngarəng proqramla həyata keçiriləcəkdir.

 Qeydiyyatdan keçən gənclər növbəti mərhələyə uğurla keçdikləri halda müsahibəyə dəvət olunacaqlar.

 Seçimlər zamanı 18-25 yaş arası fəal və yaradıcı Qarabağ gənclərinə üstünlük veriləcəkdir.

#Birlik2023 #HeydərƏliyevİli #Gənclərİdman #AzGF #BöyükQayıdış #haydıAZE #birkimibirlikdə #BirliyimİZ #Düşərgə #QarabağGəncləri

 Qeydiyyat üçün link: http://bit.ly/Birlik2023

Bütün xərclər qarşılanacaq, iştirak etmək ödənişsizdir. 

Qeydiyyat üçün son tarix: 08.09.2023, 18:00