Müddətli müqavilə ilə növbəti vakansiya seçiminə start verilir | Təhsil Elanları
Müddətli müqavilə ilə növbəti vakansiya seçiminə start verilir
Bölmə:Xəbərlər 127 dəfə oxunub
04.09.2023

5 sentyabr saat 12:00-dan müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinə start veriləcək. Vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.

Müddətli müqavilə ilə vakansiya seçimi zamanı namizədlər 4 vakant yer seçə bilərlər. Namizədlər 7 sentyabr saat 12:00-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. 

Qeyd edək ki, təkrar sertifikatlaşdırmadan keçməyən və əmək müqaviləsi ləğv olunan şəxslər cari il təşkil edilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplamış şəxslərlə əvəz olunacaqlar.