Sertifikatlaşdırmanın test imtahanının nəticələri elan edilib | Təhsil Elanları
Sertifikatlaşdırmanın test imtahanının nəticələri elan edilib
Bölmə:Xəbərlər 153 dəfə oxunub
02.09.2023

Avqustun 31-də ibtidai sinif müəllimliyi, Azərbaycan dili və ədəbiyyat fənni üzrə 3 il pedaqoji staja malik şəxslər, həmçinin könüllü şəkildə iştirak etmək istəyən 60 və yuxarı yaşda olan təhsilverənlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi təşkil olunub. Ölkə üzrə 13 şəhər olmaqla 22 mərkəzdə təşkil olunan imtahanlarda 2 154 müəllim iştirak edib.

Qeyd edək ki, 31 avqust tarixində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin nəticələri müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla imtahan nəticələri ilə tanış ola bilərlər.

Müəllimlər həmçinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlərini 4 sentyabr saat 11:00-a qədər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsi üzərindən ünvanlaya bilərlər. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan olunacaq.