Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir | Təhsil Elanları
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir
Bölmə:Xəbərlər 150 dəfə oxunub
25.08.2023

“Abituriyent Məsləhət Mərkəzləri” 26 avqust şənbə günü də fəaliyyət göstərəcəklər

Məlum olduğu kimi, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. Abituriyentlər 28 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

25 avqust saat 09:45-ə olan məlumata əsasən, 56019 abituriyent ərizəsini təsdiq edib. Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.

Məlumat üçün qeyd edək ki, ixtisas seçimi ilə bağlı abituriyentlərə kömək etmək məqsədilə yaradılmış “Abituriyent Məsləhət Mərkəzləri” 26 avqust tarixində – şənbə günü də fəaliyyət göstərəcəklər.

Abituriyent Məsləhət Mərkəzləri” saat 10:00-dan 17:00-dək Bakı şəhəri üzrə Memarlıq və İnşaat, Odlar Yurdu, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes və Bakı Avrasiya Universitetlərində, Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində, həmçinin Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində fəaliyyət göstərirlər.

Məsləhət mərkəzlərində ödənişsiz əsaslarla xidmət göstərilir.