Magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə əlavə yerləşdirməyə start verilir | Təhsil Elanları
Magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə əlavə yerləşdirməyə start verilir
Bölmə:Magistratura 137 dəfə oxunub
25.08.2023

Avqustun 28-i saat 11:00-da ali təhsil pilləsinin magistratura səviyyəsinə boş qalan plan yerlərinə əlavə yerləşdirmə prosesinə start veriləcək. Müraciətçilər  https://portal.edu.az/ vasitəsilə qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.  

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 4 sentyabr saat 18:00-da yekunlaşacaq.