Elm və Təhsil Nazirliyinin yeni elektron xidməti istifadəyə verilib | Təhsil Elanları
Elm və Təhsil Nazirliyinin yeni elektron xidməti istifadəyə verilib
Bölmə:Xəbərlər 212 dəfə oxunub
20.08.2023

Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən hazırlanan yeni elektron xidmət əhalinin istifadəsinə verilmişdir.

Artıq vətəndaşlar “myGov” portalından qeydiyyatdan keçərək “Məlumatlarım” hissəsində “Ümumi təhsil haqqında sənədlərim” bölməsində ümumi orta təhsil haqqında şəhadətnamə və tam orta təhsil haqqında attestat barədə elektron arayışı asanlıqla əldə edə bilər.

Bu elektron xidmət istifadəçiləri heç yerə getmədən onlayn rejimdə sistem tərəfindən avtomatik formalaşan arayışı elektron şəkildə istənilən yerə ünvanlaya bilər.

Qeyd edirik ki, dövlət elektron məlumat sistemində olan bu məlumatlar 2015-ci ildən hazıradək olan dövrü əhatə edir.

Hazırda ETN tərəfindən bütün təhsil pillələri üzrə kağız daşıyıcıda verilən arayışların elektronlaşması prosesi davam edir.