Ümumi orta təhsil bazasından orta ixtisas təhsili pilləsinə elektron sənəd qəbulu prosesinə start verilir | Təhsil Elanları
Ümumi orta təhsil bazasından orta ixtisas təhsili pilləsinə elektron sənəd qəbulu prosesinə start verilir
Bölmə:Xəbərlər 106 dəfə oxunub
14.08.2023

14 avqust saat 15:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların elektron sənəd qəbuluna start veriləcək.

Müraciətçilər  portal.edu.az üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatları təsdiq edilir. Həmçinin müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.

Elektron sistem üzrə qeydiyyat  23 avqust saat 18:00-da yekunlaşacaq.

Qeyd edək ki, qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.