SABAH qruplarının magistratura səviyyəsi üzrə müəllim qəbuluna başlanılır | Təhsil Elanları
SABAH qruplarının magistratura səviyyəsi üzrə müəllim qəbuluna başlanılır
Bölmə:İş Elanları 268 dəfə oxunub
20.07.2023

SABAH qruplarının magistratura səviyyəsində 2023-2024-cü tədris ilinin payız semestri üçün müəllim qəbuluna başlanılır. Professor-müəllim heyəti və mütəxəssislər müsabiqə əsasında müxtəlif fənlər üzrə saathesabı qaydada işə dəvət olunurlar.

Müsabiqədə iştirak üçün son müraciət tarixi 27 iyul saat 23:59 müəyyən olunub.

Müsabiqədə azı üç il ali təhsil pilləsində pedaqoji təcrübəyə malik magistr və daha yüksək elmi dərəcəsi olan, mükəmməl səviyyədə İKT, innovativ tədris metodları və müasir pedaqoji yanaşmaları tətbiq etməyi bacaran namizədlər iştirak edə bilərlər.

Müsabiqə və vakant yerlər barədə ətraflı məlumatı linkə (https://shorturl.at/kot79) daxil olmaqla "Tədbirlər və elanlar" bölməsindəəldə etmək mümkündür.