MİQ üzrə ən yüksək nəticə toplayan müəllimlərin adları AÇIQLANDI - FOTOLAR | Təhsil Elanları
MİQ üzrə ən yüksək nəticə toplayan müəllimlərin adları AÇIQLANDI - FOTOLAR
Bölmə:Xəbərlər 188 dəfə oxunub
12.07.2023

Bu gün keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində ən yüksək balı toplayan müəllimlərin adları açıqlanıb.

Bu barədə Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi məlumatayıb.

Bildirilib ki, test imtahanı mərhələsində coğrafiya fənni üzrə ən yüksək balı Aidə Daşdıyeva (100/92,5), Aytac İsgəndərli (100/92,5) və Röyal Kərimov (100/91,25), tarix fənni üzrə isə ən yüksək balı Kamran Xəlilov (100/93,75), Günel Salmanova (100/91,75) və Rəhman Süleymanlı (100/91,75) toplayıblar.

Xatırladaq ki, bu gün keçirilən test imtahanlarının I seansına 6353, II seansına isə 6627 namizəd dəvət olunub. Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində isə ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.