Üç rayonun ibtidai sinif müəllimlərinin yarıdan çoxu sertifikasiya imtahanında uğursuz nəticə göstərib | Təhsil Elanları
Üç rayonun ibtidai sinif müəllimlərinin yarıdan çoxu sertifikasiya imtahanında uğursuz nəticə göstərib
Bölmə:Xəbərlər 174 dəfə oxunub
06.07.2023

“Daşkəsən, Ağcabədi, Astarada ibtidai sinif müəllimlərinin yarıdan çoxu sertifikasiya imtahanın birinci mərhələsində uğursuz olub”.

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: Peşəkar müəllim-keyfiyyətli təhsil” tədbirində deyib.

Nazir qeyd edib ki, Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Abşerov və Siyəzən isə ümumi orta bal göstəricisinə görə liderdir: “Onlarda orta bal 40+dur”.