TƏBİB işçi axtarır | Təhsil Elanları
TƏBİB işçi axtarır
Bölmə:İş Elanları 280 dəfə oxunub
04.07.2023

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.
 
Əmək haqqı:
• Rəqabətədavamlı əməkhaqqı.
 
 Tələb olunan bilik, təcrübə və bacarıqlar:
• Ali təhsil (İqtisadiyyat, mühasibat uçotu və ya maliyyə-kredit •Ali təhsil (İqtisadiyyat, mühasibat uçotu və ya maliyyə-kredit sahəsində bakalavr və ya daha yüksək təhsil dərəcəsi);
• Maliyyə sahəsi üzrə minimum 3 il təcrübə (dövlət tibb müəssisəsində arzuolunandır);
• Kompüter bilikləri: Microsoft Office – sərbəst;
• Qanunvericilik üzrə biliklər: Vergi, Mülki və Əmək Məcəlləsi, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu;
• Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklərin olması;
• Peşəkar mühasib sertifikatının olması arzuolunandır.
 
Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
• Komandada işləmə bacarığı;
• Məsuliyyətlilik;
• Dəqiqlik;
• İntizamlılıq;
• Nəticəyönümlülük.
 
 İşin təsviri:
• Tibb müəssisəsində büdcə ödənişlərinin icrasının monitorinqinin aparılması;
• Tibb müəssisəsində həyata keçirilən maliyyə, təsərrüfat, satınalma əməliyyatlarının monitorinqinin aparılması;
• Mal və maddi dəyərlərin qəbulu və buraxılmasının müəyyən edilmiş qaydalarına riayət edilməsinə, əməkhaqqı fondunun düzgün xərclənməsinə, ştat, maliyyə və büdcə intizamına əməl edilməsinə dair monitorinqinin aparılması;
• Tibb müəssisəsinin xərclər smetasına uyğun alışların “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun təşkil edilməsinin monitorinqinin aparılması;
• Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə yoxlamaların aparılması;
• Müxtəlif dövlət orqanlarına təqdim edilən hesabatların düzgün təqdim edilməsinə nəzarət;
• Fəaliyyət çərçivəsində intensiv ezamiyyə səfərlərinin həyata keçirilməsi.
 
Əlavə qeydlər:
• İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
• İş vaxtı: 09:00 – 18:00.
 Müraciət qaydası:
• Vakansiyaya son müraciət tarixi: 17.07.2023-cü il;
• CV-lər vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Monitorinq şöbəsinə aparıcı məsləhətçi” yazaraq göndərmələri xahiş olunur.
 
Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.
 
TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com.
 
Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.