DİM vakansiya elan edilir | Təhsil Elanları
DİM vakansiya elan edilir
Bölmə:İş Elanları 441 dəfə oxunub
19.06.2023

Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq

Struktur bölmənin adı: Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar departamenti, Statistik araşdırmalar və elmi layihələşdirmə şöbəsi, Qiymətləndirmə üzrə tədqiqatlar və elmi layihələşdirmə sektoru.

Vəzifənin adı: böyük məsləhətçi.

Təhsilə dair tələb:  ali təhsil.

İş təcrübəsinə dair tələb:  tələb müəyyən edilmir.

Qulluq funksiyaları:

-       ərizə qəbulunun və test imtahanlarının nəticələrinin elmi statistik təhlilinin aparılması;

-       imtahan nəticələrinin təhlili əsasında test sisteminin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması və qəbul edilmiş təkliflərin həyata keçirilməsində iştirak edilməsi;

-       test tapşırıqlarının klassik və müasir test nəzəriyyələrinə əsasən elmi-statistik və psixometrik təhlilinin aparılması;

-       test imtahanlarının nəticələrinin interpretasiyası və onların nəzərdə tutulan məqsədlər üçün istifadəsinin validasiya edilməsi işinin aparılması;

-       test tapşırıqlarının xarakteristik əyrilər və parametrlər (çətinlik dərəcəsi və diskriminasiya əmsalı) üzrə tədqiqi, test imtahanının etibarlılığına verdiyi töhfənin araşdırılması işlərinin aparılması;

-       imtahan iştirakçılarının (müasir test nəzəriyyəsinin riyazi modelləri istifadə olunmaqla) qabiliyyət göstəricilərinə görə eyni ölçmə şkalasına gətirilməsi və müqayisəli təhlili işinin aparılması;

-       test bankının parametrləşdirilməsi işinin aparılması;

-       müxtəlif istiqamətlər üzrə qiymətləndirmə işinin təkmilləşdirilməsi üçün tədqiqatların aparılması;

-       imtahanlarla əlaqədar elmi layihələndirmə işlərinin yerinə yetirilməsi işinin aparılması;

-       sektora daxil olan məktub və müraciətlərin araşdırılması və cavablandırılması;

-       rəhbərlik, departament müdiri, şöbə müdiri və sektor müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi.

Xarici dil biliklərinə dair tələblər: ingilis dili – B2, rus dili – B2.

Kompüter biliklərinə dair tələblər: müasir kompüter sistemlərində infor­masiya emalı texnologiyası.

Xüsusi tələblər: testlərin konstruksiya edilməsinin müasir metodologiyası, klassik test nəzəriyyəsi, müasir test nəzəriyyəsinin riyazi modelləri, tətbiqi statistika məsələlərinin həlli sahəsində nəzəri bilik və təcrübə, statistik paketlərlə (proqram təminatı) işləmə təcrübəsi.

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər müraciət formasını mövzu bölməsində “Qiymətləndirmə üzrə tədqiqatlar və elmi layihələşdirmə sektorunda böyük məsləhətçi” qeyd olunmaqla hr@dim.gov.az elektron poçt ünvanına 2 iyul 2023-cü il tarixinədək göndərə bilərlər.

Qeyd: Statistik paketlərlə işləmə təcrübəsi olanlara üstünlük verilir.