Fərhad Hacıyev: “Onlayn mərhələdə uğur qazanan namizədlərin 97 faizi Azərbaycanda təhsil alıb” | Təhsil Elanları
Fərhad Hacıyev: “Onlayn mərhələdə uğur qazanan namizədlərin 97 faizi Azərbaycanda təhsil alıb”
Bölmə:Xəbərlər 113 dəfə oxunub
17.05.2023

“Üçüncü “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsində uğur qazanan 1325 namizəddən 1289 nəfəri (97%-i) Azərbaycanda, 118 nəfəri xaricdə bakalavr təhsili alıb”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bildirib.

O bildirib ki, uğur qazananlardan 300 baldan aşağı bal toplayaraq, bakalavr təhsili alanlar 6,49 faiz, 601-700 bal arası bal toplayanlar isə 30,26 faizdir:

“Əyani imtahana keçənlərdən 1043 nəfəri magistratura təhsillidir. Onlardan 813 nəfəri Azərbaycanda, 230 nəfəri xaricdə təhsil alıb. Əyani mərhələyə keçənlərdən 102 nəfəri isə doktorantura təhsillidir”.

O qeyd edib ki, müsabiqədə uğur qazananlar daha çox Bakı şəhərindəndir. Bu, 58,19 faiz təşkil edir.