Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başa çatıb | Təhsil Elanları
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başa çatıb
Bölmə:Xəbərlər 90 dəfə oxunub
17.05.2023

Şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb. Elektron qeydiyyat prosesində 2956 namizəd iştirak edib.

Hazırda elektron ərizələrin yoxlanılması həyata keçirilir. Yoxlama prosesi başa çatdıqdan sonra test imtahanı mərhələsi barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Test imtahanı mərhələsində namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və əmək qanunvericiliyi, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Test imtahanında uğur qazanmış namizədlər yazı işi mərhələsinə dəvət olunacaqlar.