Nazir şagirdlərin dərsdən yayınma hallarından danışıb | Təhsil Elanları
Nazir şagirdlərin dərsdən yayınma hallarından danışıb
Bölmə:Xəbərlər 218 dəfə oxunub
16.05.2023

"Təhsil olan yerdə təhsildən yayınma hallarının olması gözləniləndir".

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, əsas məsələ bu kimi halların qarşısının alınması istiqamətində aidiyyəti qurumların birgə çalışmasıdır.

E.Əmrullayev bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə uşaqların müdafiəsi idarəsi də yaradılıb: "İdarənin fəaliyyətinin qurulması üçün işlər görülür. Bu da şagirdlərin daha təhlükəsiz şəraitdə təhsil alması üçün şərait yaratmış olacaq".