İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis axtarırıq! | Təhsil Elanları
İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis axtarırıq!
Bölmə:İş Elanları 216 dəfə oxunub
29.04.2023

Vəzifə öhdəlikləri

Sosial media hesabları və platformaları (Facebook, Instagram, Telegram, LinkedIn, Youtube və s.) ilə işləmək;
Müəyyən sosial səhifələr və layihələr üzrə brif hazırlamaq;
Kontentləri hazırlamaq;
Plan üzrə paylaşımlar etmək;
Saytların admin paneli ilə işləmək.

Tələb edilən bilik, bacarıq və təcrübə
Azəbaycan dilində düzgün qrammatik yazı vərdişinə malik olmalı (ingilis və rus dili biliyi əlavə üstünlükdür);
Meta Business Manager və instagram Business platformalarında işləməyi bacarmalı, Google Ads bilikləri olmalı;
Problemlərin həllərində yaradıcı və təşəbbüskar yanaşmalı;
Stressə davamlı, yüksək ünsiyyət və komandada işləmək bacarığına sahib olmalı;
Minimum 2 il iş təcrübəsi (reklam agentliklərində iş təcrübəsi üstünlükdür);
Daim öyrənmək və inkişaf etməyə meyilli olmalı;
Kreativ düşünmə bacarığ olmalı.

İş saatları: I-V gün, 09:00-18:00
Əmək haqqı bilik və təcrübə səviyyəsinə görə müəyyənləşdiriləcək. 

Müraciət edənlərdən CV-lərini 15.05.2023-cü il tarixinədək mövzu hissəsində vakansiyanın adını göstərməklə hr@icenter.az elektron poçtuna göndərmələri xahiş olunur.