DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsində məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilir | Təhsil Elanları
DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsində məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilir
Bölmə:İş Elanları 177 dəfə oxunub
27.04.2023

Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq

Struktur bölmənin adı: Dövlət dili və xarici dillər üzrə şöbə

Vəzifənin adı: məsləhətçi

Təhsilə dair tələb: baza ali təhsili aşağıda verilmiş ixtisaslardan biri olmalıdır:

  • Filologiya (rus dili və ədəbiyyatı);

  • Dil və ədəbiyyat müəllimliyi (rus dili və ədəbiyyatı);

  • Xarici dil müəllimliyi (rus dili).

Qulluq funksiyaları:

Rus dili üzrə qəbul proqramlarının və test tapşırıqlarının tərtib edilməsi və ekspertizası işinin təşkili; test tapşırıqlarının tərtib edilməsi; müvafiq imtahanlarda sual kitabçalarına daxil olan test tapşırıqlarının qapalı şəraitdə (bunkerdə) yoxlanılması və ekspertizası işinin kurasiya edilməsi; kuratorluq etdiyi dillər üzrə testlərin məxfi saxlanılmasına cavabdehlik; müəlliflərdən alınmış material ilə tanış olub, onu redaktə etmək; DİM-in həyata keçirdiyi fəaliyyət sahəsində digər işlərin həyata keçirlməsində iştirak etmək.

Namizədə qoyulan tələblər:

 

  • Rus dilini C2 səviyyədə bilməli;

  • Xarici dillər üzrə kurikulumla yaxından tanış olmalı;

  • Rus dili (xarici dil kimi) fənni üzrə orta məktəb dərslikləri ilə yaxından tanış olmalı;

  • Testologiya barədə ümumi məlumata sahib olmalıdır.

 

Kompüter biliklərinə dair tələblər:

"Microsoft Office" proqramları, "Outlook" ilə işləmək bacarığı.

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər öz müraciət formasını mövzu bölməsində "Dövlət dili və xarici dillər üzrə şöbənin məsləhətçisi" qeyd olunmaqla hr@dim.gov.az elektron poçt ünvanına  11 may 2023 tarixinədək göndərə bilərlər.