Yerdəyişmə üzrə elektron qeydiyyat başa çatıb | Təhsil Elanları
Yerdəyişmə üzrə elektron qeydiyyat başa çatıb
Bölmə:Xəbərlər 184 dəfə oxunub
17.04.2023

Dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu mərhələsi başa çatıb. Müsabiqədə iştirak etmək üçün ümumilikdə 7883 nəfər qeydiyyatdan keçərək elektron ərizəsini təsdiqləyib. Namizədlərin elektron ərizəsi emal olunduqdan sonra onların şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.

Qeyd edək ki, növbəti mərhələdə vakansiya seçimi həyata keçiriləcək. Vakant yer seçmək imkanı əvvəlcə şəhid ailələrinin üzvlərinə veriləcək.

Vakansiya seçimi mərhələsinin keçiriləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək.