Korporativ kommunikasiya və İctimaiyyətlə əlaqələr bölməsində iş var | Təhsil Elanları
Korporativ kommunikasiya və İctimaiyyətlə əlaqələr bölməsində iş var
Bölmə:İş Elanları 101 dəfə oxunub
13.04.2023

Departament: Kommersiya departamenti/ Marketinq şöbəsi/ Korporativ kommunikasiya və İctimaiyyətlə əlaqələr bölməsi

zifə öhdəlikləri:

  • Xarici kommunikasiya planının həyata keçirilməsinə dəstək göstərmək;
  • Xarici və daxili kommunikasiyalar üçün mətnlərin yazılması və koordinasiyası;
  • Xarici kommunikasiya üzrə yayımlanmış məzmunların hesabatlarının hazırlanması;
  • Onlayn media monitorinqin aparılması;
  • Kommunikasiya prosesinin davamlılığının təmin edilməsi üçün müxtəlif görüşlərin, fokus qrupların və s. keçirilməsi;
  • Daxili  kommunikasiya strategiyasının həyata keçirilməsi;
  • Daxili kommunikasiya kanallarının idarə edilməsi;
  • Daxili kommunikasiya sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi;
  • Müxtəlif layihələrin və tədbirlərin təşkili;
  • Daxili korporativ jurnal üçün mətnlərin yazılması;
  • Əldə edilmiş xidmət üzrə ödənişlərin və aktların nəzərdən keçirilməsi;
  • Vendor şirkətlər ilə əlaqələrin qurulması və idarə edilməsi;
  • Korporativ tədbirlər üzrə çıxış nitqinin hazırlanması və çıxışçılara dəstəyin göstərilməsi;
  • Korporativ tədbirlər üçün təqdimatların hazırlanması;
  • Mətbuat konfranslarının təşkili və təbdir sonrası hesabatların hazırlanması.

Tələb olunun biliklər:

  • Ali təhsil (Jurnalistika, Filologiya, Marketinq, Biznesin idarə edilməsi sahəsi üzrə);
  • Müvafiq sahə üzrə minimum ən azı 2 il iş təcrübəsi;
  • Daxili kommunikasiyalar ilə bağlı strategiya və planların hazırlanması və həyata keçirilməsi ilə bağlı təcrübəyə sahib olmalı;
  • Azərbaycan dilində  mükəmməl yazı və ingilis dilində şifahi ünsiyyət bacarıqlarına sahib olmalı;
  • Səlis və aydın nitqə sahib olmalı, fikrini düzgün ifadə etməyi bacarmalı;
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı
  • Yüksək səviyyəli kommunikasiya bacarıqlarına malik olmaq;
  • Analiz etmə qabiliyyətinə malik olmalı;
  • Problemlərin həlletmə bacarığına malik olmalı

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, career@azintelecom.az e-mail ünvanına göndərə bilərlər.