TƏBİB sahə həkimi-terapevt və həkim-ftiziatr vəzifələri üzrə vakant yerlər elan edir | Təhsil Elanları
TƏBİB sahə həkimi-terapevt və həkim-ftiziatr vəzifələri üzrə vakant yerlər elan edir
Bölmə:İş Elanları 109 dəfə oxunub
11.04.2023

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sahə həkimi-terapevt və həkim-ftiziatr vəzifələri üzrə vakant yerlər elan edir
 
İş yeri:
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri
 
Əməkhaqqı:
• Əməkhaqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
 
Müraciət qaydası:
• Vakansiya üzrə müraciət iki formada edilə bilər:
1. Qeyd olunan linkdə şəxsi məlumatlarınızı qeyd edərək:
2. CV və aşağıda qeyd olunan sənədlərin nüsxələrini vacancy@tabib.gov.az ünvanına mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını qeyd edərək göndərə bilərsiniz.
2-ci bənd üzrə tələb olunan sənədlər:
• Şəxsiyyəti təsdiq edən sənədin surəti;
• Əsas (baza ali) tibb təhsili haqqında sənədin surəti (diplom), xaricdə təhsil almış namizədlərin ali tibbi təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
• Xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamənin surəti (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
• Sertifikasiya şəhadətnaməsinin surəti (sertifikasiyadan keçməklə bağlı qanunvericiliklə nəzərdə tutulmuş azadolma halları istisna olmaqla).
 
Son müraciət tarixi: 11.05.2023
 
TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com
 
• Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.
 
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.