Məktəbəhazırlıq üzrə yerdəyişmə dayandırılır | Təhsil Elanları
Məktəbəhazırlıq üzrə yerdəyişmə dayandırılır
Bölmə:Xəbərlər 201 dəfə oxunub
11.04.2023

15 aprel saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılacaq. 

Uşaqların yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.