Lütfi Zadə adına məntiq olimpiadası üçün qeydiyyata start verilir | Təhsil Elanları
Lütfi Zadə adına məntiq olimpiadası üçün qeydiyyata start verilir
Bölmə:Elanlar 153 dəfə oxunub
11.04.2023

Aprelin 11-dən Lütfi Zadə adına məntiq olimpiadasında iştirak üçün elektron qeydiyyat prosesinə start verilir. Məntiq olimpiadasında iştirak etmək istəyən şagirdlər https://portal.edu.az/  platformasında qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər. Qeydiyyat prosesi 21 aprel 2023-cü il tarixinədək davam edəcək. 

Qeyd edək ki, olimpiada 30 aprel 2023-cü il tarixində ümumi təhsil müəssisələrinin V sinif şagirdləri arasında keçiriləcək.  

Qeydiyyatla bağlı yaranan hər hansı çətinliklə bağlı problemin ətraflı təsvirini yazmaqla +994 50 791 46 31 nömrəsinə “WhatsApp” üzərindən müraciət etmək mümkündür.