“Maliyyə və uçot şöbəsinin aparıcı mütəxəssisi" vəzifəsi üzrə vakansiya elan edilir. | Təhsil Elanları
“Maliyyə və uçot şöbəsinin aparıcı mütəxəssisi" vəzifəsi üzrə vakansiya elan edilir.
Bölmə:İş Elanları 163 dəfə oxunub
29.01.2023

Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu “Maliyyə və uçot şöbəsinin aparıcı mütəxəssisi" vəzifəsi üzrə vakansiya elan edir.
 
 
Namizədə dair tələblər:
-Ümumi iqtisadiyyat üzrə bakalavr təhsili;
-Əlaqəli işdə minimum 1 illik təcrübə (bank/maliyyə institutlarında təcrübə arzuolunandır);
-1C proqramında işləmək bacarığı;
-Mühasibat uçotu, vergilər və yerli qanunvericilik üzrə biliklər;
-Maliyyə hesabatlarının təhlili üzrə biliklər (ACCA F3 sertifikatı arzuolunandır);
-“Banklar haqqında“ Azərbaycan Respublikasının Qanunu üzrə biliklər;
-MS Office proqram təminatları üzrə biliklər;
-Azərbaycan dilini mükəmməl səviyyədə bilməlidir (ingilis dilini bilənlərə üstünlük veriləcək);
-Analitik düşünmə qabiliyyəti;
-Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
-İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
 
İşin təsviri:
-Maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsi;
-Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu;
-Təhtəlhesab şəxslər üzrə əməliyyatların uçotu;
-Debitor və kreditorlarla hesablaşmaların uçotu;
-Bank əməliyyatlarının həyata keçirilməsi;
-Bank və kassa əməliyyatlarının uçotu;
-Əmək haqqının və digər ödənişlərin hesablanması;
-Gəlirlərin və xərclərin uçotu;
-Vəzifə təlimatına uyğun digər işlərin görülməsi.
 
Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “Maliyyə və uçot şöbəsinin aparıcı mütəxəssisi” qeyd etməklə i.miriyeva@edf.gov.az e-poçt ünvanına göndərə bilərlər.