DİM Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentində aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir | Təhsil Elanları
DİM Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentində aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir
Bölmə:İş Elanları 823 dəfə oxunub
15.01.2023

Struktur bölmənin adı: Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti, İnsan resursları və hüquqi təminat şöbəsi, Hüquqi təminat sektoru  

Vəzifənin adı: aparıcı məsləhətçi

Təhsilə dair tələb: hüquqşünaslıq ixtisası üzrə ali təhsil.

İş təcrübəsinə dair tələb: tələb müəyyən edilmir.

Qulluq funksiyaları:

-  müvafiq sahədə qanunvericiliyin təhlil edilməsi və təkmilləşdirilməsi üçün təkliflərin verilməsi, bu sahədə münasibətləri tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanması və ekspertizasının aparılması;

-  hüquqi məsələlərlə bağlı məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərlə münasibətlərdə Mərkəzin təmsil edilməsi, onun qanuni maraqlarının müdafiə edilməsinin təmin edilməsi;

-  əməkdaşlara Mərkəzin səlahiyyətləri, fəaliyyətinin əsas istiqamətləri üzrə hüquqi məsləhətlərin verilməsi və Mərkəzin fəaliyyətini tənzimləyən yeni qəbul edilmiş hüquqi aktlar barədə onların məlumatlandırılması;

-  dövlət qulluğu sahəsində dövlət siyasətinin  formalaşmasına və bu siyasətin həyata keçirilməsinə dair təkliflərin hazırlanması;

-  dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi vəziyyətinin öyrənilməsi və bu barədə hesabatın hazırlanmasında iştirak edilməsi;

-  dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildikdə,  həmin halların aradan qaldırılması, o cümlədən  dövlət orqanlarının qərarlarının ləğv edilməsinə üçün sektor müdirinə təkliflərin verilməsi;

-  dövlət qulluğuna dair qanunvericiliyin və etik davranış qaydalarının təkmilləşdirilməsi üçün təkliflərin verilməsi və dövlət qulluğu sahəsində münasibətləri tənzimləyən hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edilməsi;

-  sahə üzrə beynəlxalq təcrübənin öyrənilməsi;

-  sektora daxil olmuş sənədlərə, layihələrə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılmasının və müvafiq  rəy verilməsinin təmin edilməsi.

 

Xarici dil biliklərinə dair tələblər: ingilis dili – B2, rus dili – B2.

Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet.

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər müraciət formasını mövzu bölməsində “Hüquqi təminat sektorunda aparıcı məsləhətçi” qeyd olunmaqla a.quliyeva@dim.gov.az elektron poçt ünvanına 27 yanvar 2023-cü il tarixinədək  göndərə bilərlər.

Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.