DİM Daxili audit xidmətinin böyük daxili auditor vəzifəsinə vakansiya elan edir | Təhsil Elanları
DİM Daxili audit xidmətinin böyük daxili auditor vəzifəsinə vakansiya elan edir
Bölmə:İş Elanları 360 dəfə oxunub
15.01.2023

Struktur bölmənin adı: Dövlət İmtahan Mərkəzi, Daxili audit xidməti  

Vəzifənin adı: böyük daxili auditor

Təhsilə və iş təcrübəsinə dair tələb: ali iqtisadi və ya hüquqi təhsil və ya digər ixtisas üzrə ali təhsil və audit sahəsində beş illik iş stajı.

Qulluq funksiyaları: 

-  Qanunvericiliyin tələblərinə uyğun olaraq daxili audit fəaliyyətini həyata keçirmək;

-   Təşkilat səviyyəsində daxili nəzarət sisteminin mövcud, adekvat və effektiv olduğunun qiymətləndirilməsində iştirak etmək;

-   Audit olmuş sahə üzrə tam və aydın hesabat hazırlamaq;

-   Audit yoxlamasının məqsədlərini və əhatə dairəsini təyin etmək;

-   Riskyönümlü audit proqramlarını tərtib və ya təsdiq etmək;

-   Təyin edilmiş sahədə həyata keçirilmiş audit testlərini nəzərdən keçirmək və məruzə olunacaq məsələləri təyin etmək;

-   Həvalə edilmiş audit tapşırıqlarını əvvəldən sonadək müvəffəqiyyətlə idarə etmək;

-   Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək;

-   Vəzifə borcu və hüquqlarının yerinə yetirilməsinə köməkliyin göstərilməsi tələbi ilə rəhbərliyə müraciət etmək;

-   İxtisaslaşmasını artırmaq məqsədi ilə treninq və kurslarda iştirak etmək, habelə zəruri olduqda mütaliə üçün şəraitin yaradılmasına nail olmaq.

Xarici dil biliklərinə dair tələblər: Azərbaycan dilini sərbəst bilməli, rus və ingilis dilləri arzuolunandır.

Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet.

Namizədə dair xüsusi tələblər: 

-   Bilik və bacarıqlarını daim artırmağa hazır olmalı;

-   Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv, komandada işləmək bacarığı;

-    Analitik və kritik düşünmə;

-    Qərəzsizlik və müstəqillik;

-    Stresə davamlılıq;

-    Vətəndaş qüsursuzluğu.

Qeyd: Maliyyə, daxili audit və risk sahəsi üzrə beynəlxalq sertifikatı (Daxili Auditorlar İnstitunda üzvlük və daxili audit sahəsində professional sertifikasiya – CIA; Beynəlxalq Maliyyə Hesabatlılığı Standartlarının əsasları barədə ilkin biliklər və müvafiq sertifikatların olması - ACCA F1, F2, F3 və/və ya ACCA DipIFR; İT audit sahəsində çalışan auditorlara professional sertifikasiya - CİSA) olan namizədlərə üstünlük veriləcək.

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər müraciət formasını mövzu bölməsində ““Daxili audit xidmətində böyük daxili auditor”” qeyd olunmaqla a.quliyeva@dim.gov.az elektron poçt ünvanına 27 yanvar 2023-cü il tarixinədək  göndərə bilərlər.

Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.