SABAH qruplarına müəllim seçimi | Təhsil Elanları
SABAH qruplarına müəllim seçimi
Bölmə:İş Elanları 347 dəfə oxunub
06.01.2023

Elm və Təhsil Nazirliyinin SABAH qruplarında 2022-2023–cü tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunur.

Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.

Qeyd edilən tələblərə cavab verən namizədlər 11 yanvar 00:00-dək müraciət formasını doldurmalıdırlar.

Müsabiqə barədə ətraflı məlumatı linkə (http://sabah.edu.az/.../azerbaycan-respublikasi-tehsil...) "Tədbirlər və elanlar" bölməsindən daxil olaraq əldə edə bilərsiniz.