UNEC-də peşə hazırlığı üzrə kurslara start verilib | Təhsil Elanları
UNEC-də peşə hazırlığı üzrə kurslara start verilib
Bölmə:Elanlar 309 dəfə oxunub
11.10.2022

UNEC və Dövlət Məşğulluq Agentliyinin əməkdaşlığı əsasında UNEC Ömürboyu Təhsil Mərkəzində işsiz statusu daşıyan vətəndaşlar üçün nəzərdə tutulan peşə hazırlığı üzrə kurslara başlanılıb.

Layihədə 74 nəfərin iştirakı nəzərdə tutulub. Müsahibə əsasında seçilən namizədlər kursun sonunda təhsil aldıqları peşə üzrə praktiki bilik və bacarıqlar əldə edəcəklər.

Kurslar aşağıdakı ixtisaslar üzrə tədris ediləcək.

-İnsan resursları (HR);

-Mühasibatlıq;

-Data analitika;

-Əməliyyatçı-mühasib.

Kursu uğurla tamamlayanı iştirakçılar UNEC-in sertifikatını əldə edəcəklər.

UNEC Ömürboyu Təhsil Mərkəzinin təşkil etdiyi kurslara yazılmaq və ya kurslar haqqında ətraflı məlumat almaq üçün aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz.

Tel: +99412 4414539

Mobil/whatsapp: +99470 515 16 18

e-mail: lifelong@unec.edu.az

web: lifelong.unec.edu.az