Məktəb liderliyi proqramına start verilir | Təhsil Elanları
Məktəb liderliyi proqramına start verilir
Bölmə:Elanlar 378 dəfə oxunub
23.04.2022

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji inkişaf mərkəzilə birgə gələcəkdə dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün “Məktəb liderliyi proqramı”na sənəd qəbulu elan edir.
Proqram müasir çağırışlara cavab verən məktəb liderlərinin hazırlanmasını hədəfləyir.
İştirakçılara verilən tələblər:
Proqrama müraciət 5 ildən az olmayaraq ümumtəhsil müəssisələrində pedaqoji stajı olan ali təhsilli şəxslər müraciət edə bilər.
İştirakçıların seçimi:
Proqramda iştirakçı seçimi üç mərhələdə həyata keçirilir: elektron sənəd qəbulu, test imtahanı və müsahibə. Hər üç mərhələni uğurla keçən şəxslər proqramda iştirak hüququ qazanır.Test imtahanı mərhələsində namizədlərin tənqidi oxu, riyazi-məntiqi və yazı bacarıqları dəyərləndiriləcək.
Proqramda 50 nəfər namizədin iştirakı nəzərdə tutulur.
Proqramda iştirak etmək istəyən şəxslər 01 may 2022-ci il tarixinə qədər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün link:
Məlumat üçün bildirək ki, proqram 5 modul üzrə 145 saatı əhatə edir:
I Modul: Məktəbin idarə olunması və liderlik
II Modul: Tədrisin təşkili və idarə edilməsi
III Modul: Təhsildə qiymətləndirmə
IV Modul: Məktəbdə heyətin idarə edilməsi
V Modul: Məktəbdə ünsiyyətin təşkili və idarə edilməsi
Proqramın müddəti:
Təlimlər həftədə iki dəfə (cümə və şənbə günləri) olmaqla 3 ay müddəti əhatə edəcək.