Turizm sahəsi üzrə qısamüddətli təlimlər təşkil ediləcək | Təhsil Elanları
Turizm sahəsi üzrə qısamüddətli təlimlər təşkil ediləcək
Bölmə:Təlimlər / Trainings 480 dəfə oxunub
13.12.2021

Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Turizm Agentliyinin birgə əməkdaşlığı çərçivəsində turizm sahəsi üzrə qısamüddətli təlimlər keçiriləcək. 

Təlimlərin əsas məqsədi qısa müddət ərzində turizm və xidmət sahəsində bilik və bacarıqların artırılması yolu ilə vətəndaşların məşğulluq imkanlarının genişləndirilməsi, ixtisaslı kadrların yetişdirilməsidir.  

Təlimlər Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən turizm sahəsində fəaliyyət göstərən müəssisələrlə birgə əməkdaşlıq şəraitində təşkil ediləcək.

İlkin mərhələdə hoteldə təmizlik xidməti, ofisiant və barista istiqamətləri üzrə təlimlərin keçirilməsi planlaşdırılır.

Təlimlərə hotelçilik və xidmət sahəsində işləməyə həvəsi olan şəxslər müraciət edə bilər. Müraciətlərin qəbulu 10 yanvar 2022-ci il tarixinədək elektron ərizə forması üzərindən həyata keçiriləcək. 

Qeyd edək ki, təlimlər əmək bazarının ehtiyaclarına uyğun hazırlanıb. Bakı şəhərində təşkil ediləcək təlimlərin növbəti mərhələdə regionları da əhatə edəcəyi nəzərdə tutulur.