“Mənim övladım mənim gələcəyimdir” layihəsi uğurla davam edir | Təhsil Elanları
“Mənim övladım mənim gələcəyimdir” layihəsi uğurla davam edir
Bölmə:Elanlar 470 dəfə oxunub
04.12.2021

Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində fərdi kateqoriyası üzrə qalib gəlmiş 261 nömrəli məktəb-luseyin psixoloqu Aygün Məhərrəmovanın  “Mənim övladım mənim gələcəyimdir” adlı layihəsi 1 oktyabr 2021-ci il tarixində icra planına uyğun olaraq fəaliyyətə başlamışdır.

Layihənin əsas məqsədi məktəblərdə antisosial davranışlı yeniyetmələr və valideynləri ilə maarifləndirici, psixokorreksiya işi aparılması əsasında yeniyetmələrin sağlam mühitdə yetişdirilməsi, şəxsiyyət kimi inkişafına və formalaşmasına mane olan mənfi davranışların aradan qaldırılması və onların sərbəst problemlərin öhdəsindən gələ bilmək gücünün formalaşdırılmasıdır.

Layihədə 50 yeniyetmə şagird və 50 valideyn iştirak edir. Layihənin ilk ayında layihədə iştirak edən valideyn və yeniyetmə şagirdlərlə fərdi və qrup formasında  psixoloji iş aparılaraq yeniyetmənin şəxsiyyət kimi özünügerçəkləşməsinə, özünüaktualaşdırmasına, rifahını təhdid edən, məsuliyyətli yetişkən olmasına mane olan davranışlarının yaranma səbəbləri müəyyənləşdirilib. Hazırda isə belə davranışları aradan qaldırmaq üçün yeniyetmə və valideynləri ilə fərdi və qrup formasında psixokorreksiya işi aparılmaqdadır. Psixokorreksiyanın nəticəsində yeniyetmənin ailədaxili münasibətləri müsbət istiqamətdə inkişaf etdirmək və yeniyetmənin (yalan danışması , təlimdən geri qalması, müəllimləri və həmyaşıdları ilə ünsiyyət qura bilməməsi , dostlarını lağ və ya təhqir etməsi , oğurluq etməsi,məktəbdən tez -tez qaçması , başqalarına fiziki zorakılığın göstərilməsi) bu kimi neqativ davranışlarını aradan qaldıraraq cəmiyyətə inteqrasiya ediləcəkdir.

Yeniyetmələr və valideynləri ilə keçirilmiş psixoloji testlərin və anket sorğusunun nəticəsində bu aydan başlkayaraq həmin mövzularda təlimlər keçirilməkdədir. Ötən həftə təşkil olunan ilk təlim “Yeniyetməlik yaş dövrünün xüsusiyyətləri”haqqında olmuşdur. Təlimlər yeniyetmələrin və valideynlərin anlayışı və bilik səviyyələrinə uyğun formada təşkil olunur. Təlimlər nəticəsində yeniyetmələrin valideynləri üçün keçirilmiş maarifləndirici təlimlər, fərdi və qrup formasında psixokorreksiya işi nəticəsində, yeniyetmənin şəxsiyyət kimi inkişafına mane olan səbəblər aradan qaldırılacaqdır. Valideynlər və yeniyetmələrlə fərdi psixoloji iş aparılaraq yeniyetmənin şəxsiyyət kimi özünügerçəkləşməsinə, özünüaktualaşdırmasına, rifahını təhdid edən, məsuliyyətli, yetişkən olmasına mane olan davranışların aradan qaldırılaraq yeniyetmənin gələcək inkişafı üçün müsbət psixoloji şərait yaradılacaq. Layihənin nəticəsində yeniyetmənin effektiv ünsiyyət bacarıqları inkişaf etdiriləcək, təlimdə və davranışındakı pozğunluqları aradan qaldırılacaq. Düzgün işin aparılması nəticəsində yeniyetmənin məsuliyyətli ,yetişkən olmasına mane olan davranışlar aradan qaldırılaraq cəmiyyətə inteqrasiya olmasına şərait yaradılacaqdır. Yeniyetmənin sağlam düşüncədə yetişməsini təmin edəcək, məktəblərdə müşahidə olunan xoşagəlməz halların qarşısının alınmasında müstəsna rol oynayacaqdır.