“Gənc ekologiya mühəndisləri” layihəsinin icrası davam edir | Təhsil Elanları
“Gənc ekologiya mühəndisləri” layihəsinin icrası davam edir
Bölmə:Elanlar 591 dəfə oxunub
04.12.2021

Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində fərdi kateqoriyası üzrə qalib gəlmiş 62 nömrəli məktəb liseyin coğrafiya müəllimi Vəfa Seyfullayevanın “Gənc ekologiya mühəndisləri” adlı layihəsi 15 sentyabr 2021-ci il tarixində icra planına uyğun olaraq fəaliyyətə başlamışdır. Layihənin əsas məqsədi məktəblilər arasında mühəndis bacarıq və keyfiyyətlərini aşılamaq və inkişaf etdirməkdir. Layihəyə məktəbin kiçik akademiyasının 7-8 ci siniflərdə oxuyan şagirdlər cəlb olunublar. Şagirdlər ilə aşağıdakı mövzularda görüş və master klaslar keçirilir:

1. İçməli su çatışmazlığının azaldılması

2. Havanın çirklənməsinin aradan qaldırılması.

3. Məişət tullantılarından istifadə

4. Qeyri -ənənəvi su mənbələrindən isitfadə

5. Qapalı mühitdə havanın təmizliyinin qorunması

6. Xəzərin qiymətli nərə balıqlarının artırılması

7. Biotullantılardan  enerji istehsalı

8. Alternativ enerji mənbələrindən istifadə

9. Siyahıda göstərilməyən digər problemlər

Şagirdlər qruplara bölündükdən sonra ekoloji problemləri araşdıraraq bu  ekoloji problemlərin həllinə yönəlmiş qurğu ideyaları təqdim edəcəklər. Təqdim olunmuş ideyalar içərisindən mütəxəssislərin seçimi ilə ən yaxşı qurğu ideyaları təyin olunacaq. Daha sonra təklif olunan qurğu ideyaları Xəzər universitetinin Təbiət elmləri və Mühəndislik fakültəsinin dekanı və müəllimlərinin qurğu ideyaları haqqında fikir və təkliflərini öyrənmək üçün qrup şəklində təqdimatlar keçiriləcək.

“Gənc ekologiya mühəndisləri” layihəsi çərçivəsində Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Bərpa Olunan Enerji mənbələrinin İnkişaf şöbəsinin müdiri Fəqan Abdurəhmanov və Azalternativenerji MMC , Monitorinq və məlumatların emalı şöbəsinin müdiri Məmmədov Rasimin iştirakı ilə layihə iştirakçıları üçün master klas təşkil olunub. Şagirdlərə günəş paneli, akkumulyator, invertor təqdim olundu. Burada “Offgrid” rejimində işləyən günəş enerji sistemi nümayiş olunub. Şagirdlər master klasda bu qruğuların əsas iş prinsipi ilə tanış olublar. Bu qurğuların əsas məqsədi gündüz günəşdən istifadə etməklə akklumyatoru doldurulmasıdır.

Artıq , seçilmiş ən yaxşı mühəndis qurğularının hazırlanmasına başlanmışdır. Bəzi hazır qurğular artıq sınaqdan keçirilmişdir.

Şagirdlərin iştirakı ilə ilk sınaq “İstikbal PT-1” mini PUA-sı sınaqdan keçirilməsi oldu.

“İstiqbal" Mini PUAsının əsas məqsədi havadan görən gözümüz olmaqdır. Yəni meşə yanğınlarınının, təbii fəlakətlərin təyin olunması rolunu oynayır. Şagirdlərə sınaq zamanı bu barədə ətraflı məlumat verilib.

Tehsilim

Tehsilim

Tehsilim

Tehsilim

 

Tehsilim

Tehsilim