"Könlümü dindir - bədii qiraət müsabiqəsi" layihəsi davam edir | Təhsil Elanları
"Könlümü dindir - bədii qiraət müsabiqəsi" layihəsi davam edir
Bölmə:Elanlar 492 dəfə oxunub
30.11.2021

Təhsildə inkişaf və innovasiyaları çərçivəsində fərdi kateqoriyası üzrə qalib gəlmiş Zəngilan rayonu 4 nömrəli tam orta məktəbin Azərbaycan dili müəllimi Günel Əliyevanın "Könlümü dindir - bədii qiraət müsabiqəsi" adlı layihəsi 15 sentyabr 2021-ci il tarixində icra planına uyğun olaraq fəaliyyətə başlamışdır. Layihənin məqsədi məktəbliləri incəsənətə, sosial-mədəni sahələrə, ədəbiyyata, mütaliə etməyə həvəsləndirərək onlar üçün öz istedadlarını kəşf edə biləcəkləri yaradıcı, sosial və mədəni mühit yaratmaqla onlarda səhnə mədəniyyəti, nitq və fikri düzgün ifadəetmə bacarıqlarını inkişaf etdirmək, eyni zamanda könüllü peşəkarların dəstəyi ilə bədii obrazları özünəməxsus şəkildə müasir dövrə uyğun canlandırmaqla fikirlərini emosiyalarla ifadə etməyi öyrətməkdir.

Oktyabrın 7-də layihənin rəsmi açılışı keçirilmişdir. 2-3 noyabr tarixlərində layihənin icra planına uyğun olaraq master klaslarara start verilmişdir. Master klaslar Zəngilan rayonunun 7 fərqli məktəbindən seçilmiş 25 nəfər şagird üçün təşkil edilir.

İlk master klass "Səhnə mədəniyyəti" və "Nitq mədəniyyəti" mövzularını əhatə etmişdir.

Şagirdlərlə "Səhnə mədəniyyəti"ni mövsuzunda janr artisti Vaqif İbrahim, "Nitq mədəniyyəti"ni mövzusunda isə natiqlik sənəti üzrə təlimçi-ekspert Tofiq Sadıxov çox maralı interaktiv müzakirələr aparmışdır.

25 noyabr tarixində layihəsi çərçivəsində nəzərdə tutulan növbəti master klas təşkil edilmişdir. Bu dəfə şagirdlər “İncəsənətə malikəm" adlı master klasın iştirakçısı olublar.

Master klasın qonaqları qiraətçi şaid Anar Adil və Dövlət Pantomima teatrının aktyoru, respublikanın əməkdar artisti, təlimçi Elman Rəfiyev şagirdlərlə çox maraqlı ünsiyyət quraraq onların suallarını cavablandırıblar. Layihə iştirakçıları dekabrda təşkil olunacaq müsabiqəyə hazırlıq prossesində onları narahat edən və maraqlandıran sualları qonaqlara ünvanlayıblar.

Bununla da layihədə nəzərdə tutulan master klaslar sona çatıb. İndi layihə iştirakçıları sonuncu görüşə - əsas müsabiqə gününə hazırlaşırlar. Layihənin yekunu və bağlanış tədbiri dekabrın ortalarına planlaşdırılır.

Tehsil

TehsilTehsil

 TehsilTehsilTehsil