“Mühafizəçi” ixtisası üzrə təlim keçiriləcək | Təhsil Elanları
“Mühafizəçi” ixtisası üzrə təlim keçiriləcək
Bölmə:Təlimlər / Trainings 419 dəfə oxunub
20.11.2021

 Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Mühafizəçi” ixtisası üzrə qısamüddətli təlimə müraciətləri qəbul edir.
Təlim iştirakçıları qanunvericilik, tibbi, psixoloji, xüsusi və texniki hazırlığa, yanğınsöndürmənin əsasları üzrə intensiv dərslərə cəlb ediləcəklər.
Təlimlər Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində yerləşən Bakı Mühafizə Məktəbində təşkil ediləcək.
İlkin seçim meyarları:
 20 yaşdan yuxarı şəxslər;
Hərbi xidmət keçmiş şəxslər (qadınlar və qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və azad edilənlər istisna olmaqla);
Məhkumluğu olmayan şəxslər;
Fiziki cəhətdən sağlam şəxslər;
Minimum orta təhsilli şəxslər.
Son mərhələdə seçilmiş şəxslərdən aşağıdakı sənədlər tələb ediləcək:
sağlamlıq haqqında arayış;
məhkumluq haqqında arayış;
hərbi xidmətdə olduğuna dair təsdiqedici sənəd (qadınlar və qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və azad edilənlər təsdiqedici sənəd təqdim etməlidirlər).
Təlimin müddəti: 1 ay
Seçim prosesi ərizələrin qəbulu, müsahibə və tələb edilən sənədlərin qəbulu mərhələlərindən ibarətdir.
Təlim yalnız seçim prosesindən uğurla keçən şəxslər üçün və ödənişsiz əsaslarla keçirilir.
Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara dövlət nümunəli sertifikat təqdim ediləcək.
Müraciətləri 30 noyabr, 2021-ci il tarixinədək aşağıdakı keçid vasitəsi ilə göndərə bilərsiniz: https: https://bit.ly/3HqJ1kp
Əlavə sualınız yarandığı təqdirdə telim@vet.edu.az ünvanına müraciət edə bilərsiniz.