"Əlaqə Mərkəzi Təmsilçisi" üzrə təlim keçiriləcək | Təhsil Elanları
"Əlaqə Mərkəzi Təmsilçisi" üzrə təlim keçiriləcək
Bölmə:Təlimlər / Trainings 962 dəfə oxunub
18.05.2021

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən "Əlaqə Mərkəzi Təmsilçisi" üzrə təlimə müraciətlər qəbul olunur.
Təlimə seçilmiş iştirakçılar müxtəlif özəl və dövlət müəssisələri, ticarət, xidmət və digər sektorlardan müraciət edənlərin gözlənti, irad və şikayətlərini təqib və təhlil etməyi, eləcə də mümkün həll yollarını öyrənəcəklər.
Təlimin məqsədi sözügedən xidmət sahəsində peşəkarlığın yüksəldilməsi, əmək bazarında rəqabətlilik və məşğulluq səviyyəsinin artırılmasıdır.
İştirak üçün əsas seçim meyarları:
• Bakı şəhərində yaşayan gənclər;
• Fikrini aydın izah etmək bacarığı;
• Kompüter və ofis proqramlarından ümumi istifadə bacarığı;
• Azərbaycan dilində səlis danışıq bacarığı;
• Bir əlavə dil biliyi (rus və ya ingilis dili; hər ikisini bilmək üstünlükdür);
• Daim inkişaf etmək istəyi, çeviklik və ünsiyyət bacarığı.
Təlim müddəti: 1 ay (həftəiçi 3 gün, hər gün 2 saat olmaqla)
Təlimlər həm onlayn, həm də təlim otaqlarında Bakı şəhərində yerləşən @Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil ediləcəkdir.
İnteraktiv və praktiki məşğələlərdən ibarət təlimin sonunda təlimi müvəffəqiyyətlə başa vurmuş iştirakçılara sertifikatlar təqdim olunacaq.
Seçilmiş namizədlər təlim ödənişindən azad ediləcəklər.
Müraciətlər 23 may, 2021-ci il tarixinədək qəbul edilihttps://forms.office.com/r/ZgeQztbhkV