İş axtaran gənclərin nəzərinə! | Təhsil Elanları
İş axtaran gənclərin nəzərinə!
Bölmə:Elanlar 579 dəfə oxunub
02.05.2021

Mayın 4-də Qəbələ şəhərində “Karyera və iş yarmarkası” keçiriləcək

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunacaq tədbirdə Qəbələdə fəaliyyət göstərən turizm şirkətləri tərəfindən mövcud vakansiyalar haqqında məlumat veriləcək, iş yerləri təklif olunacaq.

Gənclərin məşğulluğunun təmin olunması məqsədilə keçirilən tədbir sonuncu kurs tələbələri və iş axtaran gənclər üçün açıqdır. 

Tədbir mövcud karantin qaydalarına uyğun olaraq açıq havada və müvafiq qaydalara əməl olunmaqla təşkil ediləcək.

“Karyera və iş yarmarkası” Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü, Dövlət Məşğulluq Agentliyinin 11 saylı Ərazi Məşğulluq Mərkəzi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) və “Gabala Hospitality Group” ilə birgə əməkdaşlıq çərçivəsində keçiriləcəkdir.