2016-2020-ci illər “Azərbaycan gəncliyi” Dövlət Proqramının hazırlanmasında sən də yaxından iştirak et! | Təhsil Elanları
2016-2020-ci illər “Azərbaycan gəncliyi” Dövlət Proqramının hazırlanmasında sən də yaxından iştirak et!
Bölmə:Elanlar 862 dəfə oxunub
15.12.2014

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən 2016-2020-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramının hazırlanması nəzərdə tutulmuşdur.

Bu məqsədlə, Gənclər və İdman Nazirliyi 15 dekabr 2014-cü il - 15 fevral 2015-ci il tarixinədək (2 ay müddətində) fəal gəncləri, gənclərin qeyri-hökümət təşkilatlarını 2016-2020-ci illəri əhatə edəcək Dövlət Proqramı ilə bağlı təklliflərini dp2016-2020@mys.gov.az elektron ünvanına göndərməyə dəvət edir.

2016-2020-ci illəri əhatə edəcək “Azərbaycan gəncliyi” Dövlət Proqramının hazırlanmasında sən də yaxından iştirak et!