Magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradıldı | Təhsil Elanları
Magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradıldı
Bölmə:Magistratura 397 dəfə oxunub
01.04.2021

“Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Humanitar və sosial ixtisaslar qrupu üzrə “Ekologiya hüququ”, İqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə “Elektron kommersiya”, Təbiət ixtisasları qrupu üzrə “Aktuar riyaziyyat, Kompüter elmləri və texnologiyaları” ixtisasları yaradılıb.

Həmçinin qərarda Texniki və texnoloji ixtisaslar qrupu üzrə “Logistika və nəqliyyat, Kibertəhlükəsizlik, Şəhər infrastrukturunda smart texnologiyalar, Şəhərsalma ixtisası və Dayanıqlı şəhərsalma və region planlaşdırılması” ixtisaslarının yaradılması qeyd edilib.