“Əmək bazarının təhlili” mövzusunda onlayn görüş keçiriləcək | Təhsil Elanları
“Əmək bazarının təhlili” mövzusunda onlayn görüş keçiriləcək
Bölmə:Təlimlər / Trainings 424 dəfə oxunub
31.03.2021

Aprelin 2-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Əmək bazarında işçi qüvvəsinə olan tələb və təklif, prioritet peşə ixtisaslarının müəyyən edilməsi” mövzusunda onlayn konfrans keçiriləcək.

Konfransda iştirak etmək üçün müvafiq link (https://bit.ly/3luJKGA) vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat prosesi bu gün başa çatır.

Konfransda işəgötürənlərin kadr ehtiyacları, müvafiq peşə sahələri üzrə peşəkar işçilərin müəyyənləşdirilməsində yaranan problemlər, cari ildə prioritet peşə ixtisaslarının qiymətləndirilməsi və tanınması yönündə görüləcək işlər kimi aktual mövzular müzakirə olunacaq. Əlavə olaraq, Agentlik tərəfindən əmək bazarının təhlilinə dair keçirilmiş sorğunun nəticələri əsasında hazırlanmış hesabat iştirakçılara təqdim olunacaq. 

 Qeyd edək ki, onlayn konfransda iştiraka dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.