“Proqramlaşdırmanın əsasları” təliminə müraciətlər qəbul olunur | Təhsil Elanları
“Proqramlaşdırmanın əsasları” təliminə müraciətlər qəbul olunur
Bölmə:Təlimlər / Trainings 646 dəfə oxunub
28.03.2021

Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil Mərkəzinin “Crocusoft Academy” ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi “Proqramlaşdırmanın əsasları” təliminə müraciətlər qəbul olunur.

Təlimə seçilmiş iştirakçılar C proqramlaşdırma dili üzərindən proqramlaşdırmanın təməl prinsiplərinə yiyələnəcək, alqoritmlər və verilənlər strukturları üzrə baza və eyni zamanda gələcəkdə bu sahədə karyera imkanlarını genişləndirməyə kömək edəcək ilkin alqoritmik biliklər əldə edəcəklər.

Təlimlər ənənəvi formatda (sinif otağı şəraitində) Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək.

İştirak üçün əsas meyarlar:

- Bakı şəhərində yaşayan gənclər;

- İnformasiya texnologiyaları üzrə başlanğıc səviyyədə ingilis dili bilikləri;

İT üzrə təhsil və ya iş təcrübəsi üstünlükdür.

Təlim müddəti: 48 saat (2 ay)

Seçilmiş namizədlər təlim ödənişindən azad ediləcəklər.

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcək.

Müraciətləri 04 aprel, 2021-ci il tarixinədək qəbul edilir.

QEYDİYYAT