Java Proqramlaşdırması | Təhsil Elanları
Java Proqramlaşdırması
Bölmə:Təlimlər / Trainings 527 dəfə oxunub
28.03.2021

Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil Mərkəzinin “Crocusoft Academy” ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi “Java Proqramlaşdırması” təliminə müraciətlər qəbul olunur.

Təlimə seçilmiş iştirakçılar Java proqramçısı üçün iş mühitində lazım olan baza praktiki və nəzəri biliklərə yiyələnəcəklər. Təlimlər ənənəvi formatda (sinif otağı şəraitində) Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək.

İştirak üçün əsas meyarlar:- Bakı şəhərində yaşayan gənclər;- İnformasiya texnologiyaları üzrə başlanğıc səviyyədə ingilis dili bilikləri;- Alqoritmlər və verilənlər strukturları üzrə baza biliklərinə sahib olmaq;- Hər hansı bir proqramlaşdırma dili üzrə baza biliklərinə sahib olmaq.

Təlim müddəti: 144 saat (6 ay)

Seçilmiş namizədlər təlim ödənişindən azad ediləcəklər.

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcək.

Müraciətlər 05 aprel, 2021-ci il tarixinədək qəbul edilir.

QEYDİYYAT