Risklərin İdarə Edilməsi üzrə Bizdən Biri Təcrübə Proqramı | Təhsil Elanları
Risklərin İdarə Edilməsi üzrə Bizdən Biri Təcrübə Proqramı
Bölmə:Elanlar 403 dəfə oxunub
22.03.2021

Ümumi məlumat

Kapital Bank namizədləri Risklərin İdarə Edilməsi departamenti Bizdən Biri Təcrübə Proqramına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • ·        Starteji hədəflərə gedən yolda yarana biləcək potensial əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üçün təkliflərin verir və qərarların qəbul edilməsində iştirak edir;
  • ·        Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər verir və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir;
  • ·        Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
  • ·        Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial əməliyyat  risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
  • ·        Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
  • ·        Bankın riskləri üzrə risk xəritəsini yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsi;
  • ·        Daxili insident menecment sistemin yaradılması üçün təkliflər verilməsi və həyata keçirilməsi.
  • ·        İnsident menecment sistemdə qeyd olunmuş məlumatların struktur bölmələrdən toplanılması və səbəblərin araşdırılması;
  • ·        Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə filial və baş ofis struktur bölmələrində maarifləndirmə işlərinin həyata keçirilməsi;

Tələblər

  • Ali iqtisadi təhsil;
  • Kompyuter biliyi: yüksək səviyyədə MS Office bilikləri, SQL;
  • Fiziki/məntiqi təfəkkür nəzarətlər, kök səbəb analizi üsulları biliyi;
  • Yüksək analitik qabiliyyət;
  • Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;